Bakı. Ləman Zeynalova - Trend:
Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in işinin səmərəliliyində maraqlıdır.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə deyib.
S.Lavrov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsas rol oynayır.
T.Qreminger, öz növbəsində, ATƏT məkanında dialoqun bərpasının tamamilə zəruri olduğunu vurğulayıb: "Dialoqun bərpası mümkündür, lakin bunun üçün bütün iştirakçıların həqiqi səyləri tələb olunur".