...

Səfir: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dəstəyini davam etdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2017 14:50 (UTC +04:00)
ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində öz köməyini göstərməkdə davam edir.
Səfir: ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dəstəyini davam etdirir

Bakı. Elçin Mehdiyev – Trend:

ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində öz köməyini göstərməkdə davam edir.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

R.Sekuta bildirib ki, ABŞ-da yeni administrasiya hakimiyyətə gəldikdən sonra bu məsələni hansı şəkildə davam etdirmək barədə qərarlar qəbul edildi: “Belə qərara gəlindi ki, ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin edilsin. Biz münaqişənin sülh yolu ilə həll edilməsi üçün öz köməyimizi göstərməkdə davam edirik”.

Səfir həmçinin, bu yaxınlarda Vaşinqtona səfəri zamanı Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Endryu Şofer ilə görüşdüyünü də diqqətə çatdırıb: “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesi irəli aparmaq üçün hansı işlər görülməsinin mümkün olması barədə müzakirələr apardıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti