...

Lavrov: Rusiya-ABŞ münasibətlərindəki çətinliklər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə əməkdaşlığa təsir etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2017 12:04 (UTC +04:00)
Rusiya ilə ABŞ arasındakı münasibətlərdə bəzi məzələlərdə çətinliklərin olması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində əməkdaşlığa təsir göstərmir.
Lavrov: Rusiya-ABŞ münasibətlərindəki çətinliklər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə əməkdaşlığa təsir etmir

Bakı. Ləman Zeynalova - Trend:

Rusiya ilə ABŞ arasındakı münasibətlərdə bəzi məzələlərdə çətinliklərin olması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində əməkdaşlığa təsir göstərmir.

Trend-in məlumatına görə, bunu Bakıda ADA Universitetində çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, Rusiya, ABŞ və Fransa bu məsələdə ümumi mövqeyə sahibdirlər.

S.Lavrov ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri arasında Cenevrə görüşü münaqişənin həlli prosesinə müsbət təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti