...

Göygöldə 1 ədəd minanın olması barədə məlumat təstiqi tapmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Noyabr 2017 04:02 (UTC +04:00)
Tərtər rayonunda mina tapılıb.
Göygöldə 1 ədəd minanın olması barədə məlumat təstiqi tapmayıb

Bakı. Trend:

Göygöl rayonunda 1 ədəd əleyhqazın tapılıb.

Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) verilən məlumata görə, 25 Noyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Göygöl rayonu, Quşqara kəndi ərazisində 1 ədəd minanın olması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Qoşqar çayının sahilinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində ərazidən mina və partlamamış hərbi sursat aşkar edilməyib, 1 ədəd əleyhqazın hissəsi aşkar edilərək götürülüb.

Aşkar olunan əleyhqazın hissəsinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti