...

Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Noyabr 2017 10:29 (UTC +04:00)
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək.
Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq keçiriləcək

Bakı. Trend:

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Joviç və Martin Şuster keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti