...

Çavuşoğlu: Minsk qrupunun həmsədrləri ilə görüşdə Türkiyə tərəfi həmsədr ölkələri daha fəal olmağa çağırıb (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Noyabr 2017 12:59 (UTC +04:00)
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir probleminin həllində daim Azərbaycanın və Pakistanın yanında olacaq.
Çavuşoğlu: Minsk qrupunun həmsədrləri ilə görüşdə Türkiyə tərəfi həmsədr ölkələri daha fəal olmağa çağırıb (YENİLƏNİB)

İlk xəbər saat 12:36-da yayımlanıb

Bakı. Ləman Zeynalova - Trend:

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir probleminin həllində daim Azərbaycanın və Pakistanın yanında olacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

Türkiyəli nazir əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə Türkiyə tərəfi həmsədr ölkələri daha fəal və səmimi olmağa çağırıb.

Qeyd edək ki, bu gün Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif arasında ilk üçtərəfli görüş Bakıda baş tutub.

Xəbər lenti

Xəbər lenti