Meksika mətbuatı Azərbaycan səfirliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məktubunu dərc edib

Meksika mətbuatı Azərbaycan səfirliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məktubunu dərc edib

Bakı. Trend:

Meksikanın ən oxunan qəzetlərindən olan “El Universal”-da Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovun həmin qəzetdə bir neçə gün əvvəl çap olunmuş “Qafqazın unudulmuş münaqişəsi” adlı məqaləyə cavab məktubu dərc edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, məktubda Azərbaycan diplomatı üç Meksika deputatının ölkəmizin icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfərindən sonra bu ölkənin mediasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə marağının artmasına səbəb olduğunu qeyd edir. O, bu insidentin münaqişələrlə bağlı faktlar, həmçinin mövcud olan real vəziyyət barədə məlumatlı olmanın nə qədər mühüm olduğunun bir daha sübut etdiyini bildirir.

“El Universal” qəzetinin bu hadisəni işıqlandıran KİV-dən biri olduğu qeyd edilərək, eyni zamanda bu mövzu ilə bağlı məqalələrdən biri olan Qabriel Moysenin “Qafqazın unudulmuş münaqişəsi” adlı məqaləsində bir sıra faktoloji səhvlərin yer aldığı deyilir, onlarla bağlı aydınlıq gətirilməsi niyyəti izhar edilir.

Diplomat qeyd olunmuş məqalədə BMT-nin münaqişə ilə bağlı məlum dörd qətnaməsinin adı çəkilmədiyini bildirir və bu sənədlərin münaqişənin təbiətini açıq aydın nümayiş etdirdiyini və həmin təbiətin bir ölkənin öz qonşusuna qarşı təcavüz və ərazi iddiaları olduğunu diqqətə çatdırır. Bu qətnamələrin işğalçı qüvvələrinin Azərbaycan ərazisindən tam, qeyd-şərtsiz və dərhal çıxarılmasının tələb etdiyini, onların ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təsdiqlədiyini vurğulayır. Həmçinin Avropa İnsan Hüquqları məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” iş üzrə qərarı xatırladılaraq həmin qərarda işğal olunmuş ərazilərdə yaradılmış separatçı rejiminin tam olaraq Ermənistanın dəstəyi və nəzarəti nəticəsində fəaliyyət göstərdiyi vurğulanır.

Qabriel Moysesin məqaləsində qeyd edilməyən digər vacib məqamın Ermənistanın Azərbaycanın yalnız Dağlıq Qarabağ regionunu deyil, bundan əlavə digər yeddi rayonunun, beləliklə ölkə ərazisinin 20%, işğal etməsi və bu təcavüz nəticəsində bir milyona qədər, ölkə əhalisinin 10 % artıq təşkil edən, həmvətənimizin etnik təmizləmələrə məruz qalması, onların iyirmi ildən artıqdır ki, öz doğma yurdlarına qayıtmalarını gözləməsi olduğu oxucuların nəzərinə çatdırılır.

Məqalədə adı çəkilən qondarma referenduma gəldikdə onun həm ölkə konstitusiyası, həm də beynəlxalq hüquqa zidd olaraq, həmçinin regionun Azərbaycan əhalisi iştirak etmədən keçirildiyi deyilir.

Bildirilir ki, Azərbaycanın əzəli torpaqları və Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ regionu, 1918-ci ildə yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə də daxil idi. Bolşevik təcavüzü və Sovet Sosialist Respublikaların yaradıldığından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları davam edirdi. Erməni mənbələrinin guya İosif Stalinin Dağlıq Qarabağı Azərbaycana verməsi barədə yalançı fikirlərinə cavab olaraq 1921-ci il 5 iyul tarixində Kommunist Partiyasının Qafqaz Bürosu tərəfindən Qarabağ regionunun Azərbaycan ərazisində qalması qərarının qəbul edildiyi, bu sənədlə açıq mənbələrdə tanış olmağın mümkün olduğu bildirilir. Eyni zamanda, tarixin sonradan göstərdiyi kimi, eyni qərarla Azərbaycanda Dağlıq Qarabağ muxtar vilayətinin yaradılması ilə Azərbaycanın ərazi bütövlüyünə qarşı “saat bombasının” qurulduğu deyilir.

Qeyd olunur ki, müəllifin münaqişədən yazarkən Azərbaycan və Ermənistan əhalisinin dini mənsubiyyətindən söz açması təəccüb doğurur, belə ki bu münaqişənin dinə heç bir aidiyyəti yoxdur. Azərbaycanın müxtəlif din və mədəniyyətlərin min illərlə heç bir ayrı-seçkiliyə məruz qalmadan sülh və əmin-amanlıq şəraitində yaşadıqları bir məkan olduğu vurğulanır.

Azərbaycan nümayəndəsi Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru xətləri, həmçinin Avropanı və Asiyanı birləşdirən ən qısa yol olan Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin uğurla həyata keçirildiyini, habelə Cənubi Qaz Dəhlizi layihəsinin implementasiyasının sürətlə irəlilədiyini qeyd edərək, Azərbaycanın təşəbbüsü ilə reallaşan bütün bu layihələrin daha sıx regional əməkdaşlığa, bu layihələrin coğrafiyası boyu minlərlə yeni iş yerlərinin açılmasına səbəb olduğunu diqqətə yetirir.

Azərbaycan və Meksika arasında münasibətlərin dostluq və tərəfdaşlıq ruhunda davam etdiyi, bir sıra sahələrdə əməkdaşlığın həyata keçirildiyini, həmçinin iki ölkənin Bakı və Mexikoda Səfirliklərinin fəal çalışdığı qeyd olunur. Deputatların ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfəri və onların münaqişə kimi həssas məsələyə cəlb olunması cəhdi Ermənistan Hökumətinin ölkələrimiz arasında bu tərəfdaşlıqdan narahatlığını göstərdiyi deyilir.

Sonda vurğulanır ki, münaqişədə hazırki status-qvo və Azərbaycan torpaqlarının işğalı regionda sülh və təhlükəsizliyə ən böyük təhlükə və münaqişənin region ölkələri və xalqları üçün faydalı olacaq həlli qarşısında ən böyük əngəl olaraq qalır.

Xatırladaq ki, son həftələr Meksika mediasında ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş deputatlar və buna Azərbaycan tərəfinin ciddi reaksiyası geniş olaraq işıqlandırılır, adıçəkilən deputatların bu hərəkəti kəskin tənqid edilir, həmin ərazilərin Ermənistan tərəfindən işğal altında olunduğu və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazisi kimi tanındığı vurğulanır.

Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı
Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı
DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi
DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Qarabağ məsələsində bir faiz güzəştə getmədim
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi
Aprelin 13-nə USD/AZN rəsmi məzənnəsi
Prezident İlham Əliyev: On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir
Azərbaycan Prezidenti: Söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim
Prezident İlham Əliyev AXC-Müsavat cütlüyü haqqında: Öz canlarını qurtarmaq üçün o vaxt məcbur olub Heydər Əliyevə müraciət etdilər
TamKart və IBA Miles sahibləri kart qalığından da qazanır!
Prezident İlham Əliyev: O vaxt müdafiə naziri söz vermişdi, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq
Azərbaycan Prezidenti: Dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi
Azərbaycan Prezidenti: Ovaxtkı xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra mənə torpaqları qaytarmaq sözü vermişdi
Yasamalda bir ailənin üzvlərinə odlu silahdan atəş açan şəxs saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Müharibənin getdiyi dövrdə göstəriş vermişdim ki, nömrələr yığılsın
Prezident İlham Əliyev: Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun gücünü görəcək
Azərbaycan Prezidenti: Biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq
Prezident İlham Əliyev: Haradandır “İsgəndər-M” raketləri Ermənistan ordusunda?
Yelo Bank tələbələrə karyera imkanları yaratmağa davam edir
“Nar” paytaxt və regionlarda yenilənmiş xidmət mərkəzlərini təqdim edir (FOTO)
Arvadını öldürən şəxsin işi məhkəməyə göndərildi
Ceyhun Bayramov İtaliya Senatının Komissiya sədri ilə görüşüb (FOTO)
Parisdə xəstəxana yaxınlığında atışma olub - Ölən var
Azərbaycanla İtaliya arasında əməkdaşlığın inkişafı müzakirə olunub
“Mozalan” efirə qayıdır (VİDEO)
Revanşist iddialar Ermənistanı məhvə apara bilər - Deputat
"Ziraat Bank" Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb
Kürdəmirin sabiq icra başçısının həbs müddəti uzadıldı
Neftçalanın 14 kəndi içməli su ilə təmin edilir - "Azərsu"
DİN Neftçalada 16 yaşlı əqli zəif qızla bağlı yayılan ittihamlara cavab verdi
AzMİU-da vaksinasiya prosesi uğurla davam edir
Özünüməşğulluq proqramında yeni sahə - BARAMAÇILIQ
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda 1 151 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
Daha 70-ə yaxın jurnalist vaksinasiya olundu
Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı
Şəmkirdə tanışını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda postmüharibə dövrü üçün əhatəli sosial dəstək proqramı hazırlanıb - Səttar Möhbalıyev
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanının nəticələri elan olunub
Rusiyada fabrik yanır - Ölən və yaralananlar var
Yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı 501,6 milyon dollar təşkil edib - Nazir
Xaçmazın icra başçısı topçu Vüsalı evində ziyarət etdi (FOTO)
Əlilliyi olan 2 731 şəxsə 11 212 reabilitasiya vasitəsi verilib
Oğuzda reyd: Piyada və sürücülərə xəbərdarlıq edildi (FOTO)
Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçicilərilə görüşüb (FOTO)
Ağdaşda çay hövzəsini çirkləndirən bələdiyyə sədrinə təmizlik üçün məcburi göstəriş verildi
Dünya əhalisinin yalnız 5 faizdən çoxu peyvəndlənib - "Bloomberg"
Türkiyədə turizm sektorunda çalışanlar vaksinasiya olunub
Abşeronda karantin rejimini pozaraq fəaliyyət göstərən çay evləri aşkarlanıb (FOTO/VİDEO)
Heydər Əliyev Beynəlxalq Aeroportu COVID-19-a qarşı təhlükəsizlik tədbirləri üzrə ən yüksək reytinqə layiq görülüb
Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ!
Metro qatarlarının baxış-təmir sahələrində daha bir yenilik tətbiq edilir (FOTO)
Macarıstan TV-ləri ilə AzTV-nin əməkdaşlığı genişləndirilir - Göstəriş verilib
Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir (FOTO)
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Hərbi Qənimətlər Parkı: Gələcək nəsillərə örnək, düşmənə əbədi gözdağı – Trend TV-nin REPORTAJI
Bakının məşhur prospekti "8 Noyabr" adlandırılır
Cəlilabadda toy mərasimi keçirənlər cərimələnib
Balaxanı Sənaye Parkında yeni müəssisələr yaradılır - Sərəncam
Almaniya və Nepaldan quş ətinin idxalına qadağa qoyulub
Füzulidə “Araz” qəzetinin binası bərpa ediləcək (FOTO)
Azərbaycan-Türkiyə media platforması Türk dövlətlərinin media əməkdaşlığı üçün əsas götürülə bilər
Bu müharibədə Azərbaycan xalqı əsl qəhrəmanlıq göstərdi - Deputat
Azərbaycan Ordusunda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb (FOTO/VİDEO)
BVF Azərbaycan üçün neftin fiskal itkisiz qiymətini açıqlayıb
Minaya düşüb ömürlük şikəst olanlar - Düşmən terroru davam edir - Trend TV-nin REPORTAJI
Şəhid ailələri ilə görüşlər keçirilib (FOTO)
İranda ötən sutka 23 min nəfər koronavirusa yoluxub, 274 nəfər ölüb
Ermənistanda süd məhsulları tamamilə saxtalaşdırılır - Rəsmi
Aleksandr Lukaşenko sabah Azərbaycana gəlir
Sabah arabir yağış yağacaq, 24 dərəcəyədək isti olacaq
Sabunçuda nişan mərasimi dayandırılıb, 20 nəfər cərimələnib (VİDEO)
Azərbaycan mart ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
Cəlilabad və Masallıda koronavirus xəstələri saxlanılıb
Bərdədə yol polisi reyd keçirib (FOTO)
Gürcüstan parlamentində Qarabağla bağlı müzakirələr keçirilir
"Xanoba" gömrük postunun buraxılış qabiliyyəti artırılır (FOTO/VİDEO)
Balakəndə narkotik istixanası aşkarlandı (FOTO)
DYP Sumqayıtda reyd keçirib (FOTO/VİDEO)
Baş pediatr koronavirusla bağlı valideynlərə müraciət etdi
Qayınatasının yasına gedən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Vətən müharibəsi şəhidinin adı əbədiləşdirilib (FOTO)
Uşaqlar koronavirusu daha yüngül keçirir - Baş pediatr
BTQ ilə yük daşımaları 50 faiz artıb
Bərdədə canavar sürüsü kəndə girərək təsərrüfata hücum çəkib (VİDEO)
FHN Xəzərdə reyd keçirdi, 3 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib (YENİLƏNİB - 1) (FOTO/VİDEO)
Fəzail İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib
Azərbaycanla Ukrayna aqrar sahədə əməkdaşlığı genişləndirir
Şamaxıda toy sahibi və qonaqlar cərimələndi
Qaradağda daş karxanasında faciə, usta öldü
Bərdədə ad günü keçirənlər cərimələndi
BVF Azərbaycanın valyuta ehtiyatları ilə bağlı proqnozlarını açıqlayıb
Dövlət Neft Şirkətinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Saatlıda yas mərasimi aşkarlanıb
Gəncədə küçə və prospektlər dezinfeksiya edilib (FOTO)
Mərkəzi Bank yeni əsginaslarla bağlı problemi aradan qaldırmaq üçün tapşırıq verib
Zədələnmiş pulları dəyişdirmək üçün ofis yaradılıb
İmişlidə toy məclisi aşkarlandı, 2 nəfər cərimələndi
MTRŞ üzvü ürək tutmasından vəfat edib
Xəzər İcra Hakimiyyətinin həbsdə olan baş memarının işi məhkəməyə göndərildi
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Pensiyaların ödənilməsi ayın 15-də tam yekunlaşacaq
Bütün xəbərlər