...

Hikmət Hacıyev: Ermənistan XİN nümayəndələrinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Mart 2018 11:56 (UTC +04:00)
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndələrinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alır.
Hikmət Hacıyev: Ermənistan XİN nümayəndələrinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alır

Bakı. Ləman Zeynalova - Trend:

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndələrinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın Sərsəng su anbarı ilə bağlı fikirlərini Trend-ə şərh edərkən bildirib.

H.Hacıyev qeyd edib ki, xarici işlər nazirinin müavini Şavarş Köçəryana məxsus cəfəngiyyat bütün sahələrdə özünü göstərir: "Ermənistan XİN nümayəndələrinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alaraq gülünc doğurur. Göründüyü kimi, onlar Ermənistanın işğala əsaslanan status-kvonu saxlamaq siyasətini müdafiə etmək üçün hər hansı ciddi və əsaslı dəlildən məhrumdurlar. Maraqlıdır, bu dar düşüncəli siyasətlə kimi aldatmaq istəyirlər? Çox güman ki, yalnız və yalnız Ermənistan xalqını".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti