...

XİN: Əcnəbilərin Dağlıq Qarabağda iqtisadi fəaliyyətlə məşğul olmaması üçün tədbirlər görülməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2018 10:43 (UTC +04:00)
Müəyyən tədbirlər görülməlidir ki, Avropa İttifaqına daxil olan ölkələrdən olan fiziki və hüquqi şəxslər işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyətlə məşğul olmasınlar.
XİN: Əcnəbilərin Dağlıq Qarabağda iqtisadi fəaliyyətlə məşğul olmaması üçün tədbirlər görülməlidir

Bakı. İlhamə İsabalayeva – Trend:

Müəyyən tədbirlər görülməlidir ki, Avropa İttifaqına daxil olan ölkələrdən olan fiziki və hüquqi şəxslər işğal olunmuş ərazilərdə iqtisadi fəaliyyətlə məşğul olmasınlar.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Xarici İşlər Nazirliyinin idarə rəisi, səfir Kamil Xasıyev bildirib.

K.Xasıyev qeyd edib ki, əcnəbilər Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olurlar:

“Bir daha vurğulamaq istərdim ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və status-kvo qəbuledilməzdir. Beynəlxalq normalar bunu aydın şəkildə elan edir. Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürür. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti