...

Müvəqqəti işlər vəkili: CAR Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinin tərəfdarıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyun 2018 07:00 (UTC +04:00)
Cənubi Afrika Respublikası (CAR) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinin tərəfdarıdır.
Müvəqqəti işlər vəkili: CAR Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinin tərəfdarıdır

Bakı. Ləman Zeynalova - Trend:

Cənubi Afrika Respublikası (CAR) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinin tərəfdarıdır.

Bunu Trend-ə Azərbaycanın CAR-dakı müvəqqəti işlər vəkili Azad Nağıyev deyib.

A.Nağıyev bildirib: “CAR Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həllinin, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenlik prinsiplərinə qeyd-şərtsiz hörmətin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər beynəlxalq hüquq normalarının icra olunmasının tərəfdarıdır”.

1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı.

Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti