...

Səfir: Bakı Qarabağ məsələsində dünya ictimaiyyətinin “qətiyyətli sözünü” gözləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Noyabr 2018 12:05 (UTC +04:00)
Bakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında dünya ictimaiyyətinin “qətiyyətli sözünü” gözləyir
Səfir: Bakı Qarabağ məsələsində dünya ictimaiyyətinin “qətiyyətli sözünü” gözləyir

Bakı. Trend:

Bakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında dünya ictimaiyyətinin “qətiyyətli sözünü” gözləyir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov deyib.

Səfir bildirib ki, bu məsələdə tez-tez ikili, üçlü standartlar qeydə alınır:

“Bu məsələnin həlli üçün dünya ictimaiyyətinin qətiyyətli sözü də vacibdir. Biz tez-tez ikili, üçlü standartlarla qarşılaşırıq. Bunlar olmamalıdır. Beynəlxalq hüququ və ədaləti əsas tutmaq lazımdır. Bu, danışıqlar prosesində vacib element olmalıdır”.

Onun sözlərinə görə, Azərbaycan xalqı 26 ildir ki, məsələnin ədalətli və dinc həllini gözləyir:

Səfir: ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyəti çatmır

Səfir: ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyəti çatmır

“Biz bu məsələnin dinc yolla həllinin tərəfdarıyıq. Biz dəfələrlə demişik ki, nədənsə başlamaq lazımdır... Bizə gah məsələnin paket həllini təqdim ediblər, Azərbaycan razılaşıb, gah da mərhələli həll yolunu təqdim ediblər, Azərbaycan bu halda da razılaşıb. Amma hər dəfə biz hansısa variantla razılaşanda, qəflətən alternativ variantlar ortaya çıxıb”.

L.Qəndilov həmçinin Dağlıq Qarabağ məsələsində Belarusun da mövqeyini qeyd edib:

“Mən Azərbaycan-Belarus münasibətlərindən məmnunam. Belarus bizim problemlərimizi başa düşür. Xüsusilə də mən Belarusun vacib siyasi məsələlərdə tutduğu obyektiv mövqedən də məmnunuq. O cümlədən Dağlıq Qarabağ münaqişəsində Belarus hər zaman dövlətin ərazi bütövlüyünü dəstəkləyir. Belarusun ikili standartları yoxdur, bu isə çox vacibdir. Bu ölkə hər zaman ədalət tərəfindən çıxış edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti