...

Gənclər və İdman Nazirliyi gəncləri “Xocalıya Ədalət” kampaniyasına dəstək verməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2019 15:58 (UTC +04:00)
“Xocalı faciəsinin iyirmi yeddinci ildönümü haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 fevral 2019-cu il tarix Sərəncam imzalayıb və bununla əlaqədar Tədbirlər Planı təsdiq edilib.
Gənclər və İdman Nazirliyi gəncləri “Xocalıya Ədalət” kampaniyasına dəstək verməyə çağırır

Bakı. Trend:

“Xocalı faciəsinin iyirmi yeddinci ildönümü haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 fevral 2019-cu il tarix Sərəncam imzalayıb və bununla əlaqədar Tədbirlər Planı təsdiq edilib.

Sərəncama uyğun olaraq Gənclər və İdman Nazirliyi tərəfindən “Xocalıya Ədalət” kampaniyasına dəstək adlı sosial media üzərindən aksiyaya start verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məqsəd soyqırımı faktının dünya ictimaiyyətinə çatdırılması ilə “Xocalıya ədalət” (Justice For Khojaly) kampaniyası çərçivəsində fəaliyyətlərə dəstək olmaqdır. Bu məqsədlə gənclərin qeyri-hökümət təşkilatlarını və gəncləri bu fəaliyyətələrə qoşulmağa dəvət olunurlar.

Gənclərin bu işdə fəal olması və təlimata uyğun hərəkət etmələri, daha cox gənc tərəfindən facebook və twitter sosial media hesablarından paylaşılması vacibdir.

Paylaşımlar zamanı #justiceforkhojaly#karabakh həştəqlərindən istifadə edilməsi tövsiyə olunur.

Poster və infoqram hazırlanıb, həştəqlərdən istifadə qaydası, paylaşmaq üçün foto, video və tvit bazası yaradılıb. Tvit bazası Azərbaycan, ingilis, rus, fransız və ispan dillərindən formalaşdırılıb.

Təlimatı həm də bu linkdən əldə etmək olar: https://www.facebook.com/notes/az%C9%99rbaycan-respublikas%C4%B1n%C4%B1n-g%C9%99ncl%C9%99r-v%C9%99-idman-nazirliyi-g%C9%99ncl%C9%99rl%C9%99-i%C5%9F-%C5%9F%C3%B6b%C9%99si/xocal%C4%B1ya-%C9%99dal%C9%99t-kampaniyas%C4%B1na-d%C9%99st%C9%99k/609428146173408/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti