“İrəli” İctimai Birliyi “Aprel Zəfəri”nə həsr olunan layihənin icrasına başlayıb (FOTO)

“İrəli” İctimai Birliyi “Aprel Zəfəri”nə həsr olunan layihənin icrasına başlayıb (FOTO)

Bakı. Trend:

“İrəli” İctimai Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər kuboku:Aprel zəfəri” layihəsinin açılış mərasimi baş tutub.

“İrəli” İctimai Birliyindən Trend-ə verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Aprel şəhidlərinin xatirəsinə həsr olunan bu layihənin açılış mərasimində dövlət rəsmiləri, media nümayəndələri, idmançılar, Aprel qaziləri, ehtiyatda olan zabitlər, “İrəli” İB üzvləri iştirak edib. Tədbir iki hissədən ibarət olub.

Tədbirin I hissəsində Qarabağ müharibəsi veteranı, siyasi ekspert Arzu Nağıyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan Ordusu ən müasir silah və texnologiyalarla təchiz olunur. Azərbaycan kimi gənc bir dövlətin ordusunun dünyanın ən güclü orduları sırasında olması asan başa gələn məsələ deyil. Bu, hər bir azərbaycanlı üçün qürurvericidir. Ölkəmizin keşiyində duran əsgərlərlə birlikdə gənclərimiz də bayrağımızın yüksəklərdə dalğalanması üçün çiyin-çiyinə birləşib.

Daha sonra Aprel qaziləri - leytenant Müzəffər Bahadurov, ehtiyatda olan zabit, baş leytenant Loğman Məmmədov, ehtiyatda olan gizir Elməddin Ağayev, Ceyhun Alıcanov çıxış edərək bildiriblər ki, Aprel doyüşləri xalqımızın şanlı tarixidir.

3 il əvvəl aprel ayında həm qəmli, həm də qürurlu hadisələr yaşandı. Azərbaycanın qüdrətli ordusu düşmənə öz gücünü göstərdi. Bayrağımız Cocuq Mərcanlıda dalğalandı. Vaxtilə ərazilərindən didərgin düşmüş vətəndaşlarımız öz torpaqlarına geri döndü. İnsanların gözlərindəki kədərə son qoyuldu, üzlərində təbəssüm yarandı. Bu təbəssümün yaranmasında isə vətənimizin mərd oğullarının qanı var. Torpağ altında, düşmən gülləsinə sinələrini sipər edən igidlərimizin sayəsində bu gün Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı bizdədir. Bu yerlər strateji cəhətdən ölkəmiz üçün olduqca mühim və vacib yerlər idi. Bunu isə hər bir hərbi qulluqçu bilirdi. Döyüş başlayanda hər bir əsgər və zabitin gözlərində, ürəklərində vətənə olan sevgi onların düşmənə öz yerlərini bildirmələrilə nəticələndi. Düşmən Azərbaycanın gücünü hiss etdi. Aprel döyüşü bütün dünyaya ordumuzun gücünü sübut etdi.

Ehtiyatda olan mayor, hərbi jurnalist Rahib Qərib çıxış edərək bildirib ki, müstəqillik dövrümüzdən əvvəl hərbi vəziyyət bərbad idi. Yeni müharibədən çıxmış bir ölkəni bu qədər tez ayağa qaldırmaq asan deyildi. Yavaş-yavaş hərbi texnikalar alındı, hərbçilərimiz təlimlərdə iştirak etməyə, öyrəndiklərini ordumuzda tətbiq eləməyə başladılar. Bu da ordunun güclənməsinə gətirdi çıxardı. Müasir dövrümüzdə ordumuza nəzər saldıqda bir vətəndaş olaraq qürur duyuruq. Ən son silahlarla silahlanmış ordumuz düşmənə öz gücünü göstərir.

Tədbirdə çıxış edən gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışında ölkədə idman sahəsinin gənclərin sağlamlığı üçün olan əhəmiyyətindən danışıb. Aprel döyüşləri haqqında danışan nazir müavini qeyd edib ki, Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycanda təşkil edilən yarışlar ən yüksək səviyyədə həyata keçirilir. Bu günün və sabahın gənci tariximizə, mədəniyyətimizə sahib çıxan fiziki sağlam gənclik olmalıdır-deyə nitqində bildirib.

Tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak edib. F. Cəfərov çıxışı zamanı qeyd edib ki, Azərbaycan əsgəri aprel ayının əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli cavabını verdi. Bu, ölkədə hərbi-texniki bazanın gücünün və Azərbaycan əsgərinin vətən sevgisinin, iradəsinin və ona inanan xalqın birliyinin nəticəsi idi. Biz bu gün ölkə gəncliyinin vətən torpağının tam olması uğrunda mübarizəsinə, Azərbaycan gəncinin beynəlxalq arenada, idman yarışlarında Azərbaycan himninin səsləndirildirilməsinə nail olmasına şahid oluruq.

Çıxış edən “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov Azərbaycan bayrağının beynəlxalq arenada qürurla dalğalanmasında idman sahəsinin xüsusi önəmi olduğunu qeyd edib. “Vətənpərvərlik təkcə cəbhədə döyüşməklə bitmir, həm də beynəlxalq arenada ölkəmizi müxtəlif idman oyunlarında təmsil etməklə bu missiyanı layiqincə yerinə yetirməkdir. Layihə eyni zamanda Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub. Aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq və siyasi arenada da bütün diqqətləri bu münaqişəyə cəlb etdi. Döyüşlərdə Azərbaycan Ordusunun inamlı qələbəsi sübut etdi ki, atəşkəs sazişinin imzalanmasından ötən dövr ərzində Azərbaycan öz ordusunu gücləndirib, ən müasir hərbi texnika, silah-sursatla təchiz edib”-deyə “İrəli” sədri bildirib.

Daha sonra püşkatma mərasimi keçirilib və təsadüfi püşkatma nəticəsində seçilən komandalar 6 aprel tarixindən etibarən layihəni əhatə edəcək Futbol, Voleybol, Səmti müəyyənetmə, Yüngül atletika, Paintball, Atıcılıq, Velosiped idman növləri üzrə yarışacaqlar. Gənclərin şəxsi təşəbbüsləri ilə formalaşdırılacaq olan qruplar arasında püşk atmadan dərhal sonra 1/8, 1/4, yarımfinal və final mərhələləri oyunları keçiriləcəkdir. “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsi 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirələcək idman çempionatıdır. Adı çəkilən layihədə 1000-dən artıq gənc iştirak edir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsində “gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” müddəaları qeyd edilir. “İrəli” İctimai Birliyi dövlət proqramının alt sənədinə uyğun olaraq “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsini həyata keçirir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Azərbaycanda mobil rabitə operatorları 148 milyon manatdan çox pul qazanıb
Azərbaycanda mobil rabitə operatorları 148 milyon manatdan çox pul qazanıb
İnternet-provayderləri Bakı sakinləri üçün əlavə tədbirlər haqqında
İnternet-provayderləri Bakı sakinləri üçün əlavə tədbirlər haqqında
Peter Kimpian: Azərbaycan şəxsi məlumatların müdafiəsi üzrə qanunvericiliyini 108 saylı Konvensiyaya uyğun formalaşdırır
Peter Kimpian: Azərbaycan şəxsi məlumatların müdafiəsi üzrə qanunvericiliyini 108 saylı Konvensiyaya uyğun formalaşdırır
Loading Bars
Xəbər lenti
İranda ötən sutka koronavirus daşıyıcılarının sayı 3 mindən çox artıb
Gəncədə əhali COVİD-19 infeksiyası ilə bağlı maarifləndirilir (FOTO)
Azərbaycan şahmatçıları FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş edib (FOTO)
ABŞ koronavirusla mübarizə məqsədilə Azərbaycana 1,7 milyon dollar yardım ayırıb
Cəlilabadda karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq edildi (FOTO)
Sabah Bakıda 17 dərəcə isti olacaq
İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb
Bakıda qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı
Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb
Ötən gün 25 cinayətin üstü “isti izlər”lə açılıb
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu
Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib
Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)
Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı (FOTO)
Sərdar Cəlaloğlu: Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz
Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür (VİDEO)
Qazaxa giriş-çıxış məhdudlaşdırılıb - RƏSMİ (VİDEO)
İranda koronavirusla əlaqədar ilk səyyar laboratoriya istismara verilib (FOTO)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradıldı
Telekanallar milli filmləri nümayiş etdirəcək
Dənizçilər #evdəqal aksiyasına qoşulublar
İranda koronavirusla mübarizəyə böyük vəsait ayrılıb
SOCAR-ın prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub (FOTO)
ASAN mərkəzləri xüsusi iş rejimində işləyəcək
Sübut Əsədov: Tofiq Yaqublunun həbsini siyasiləşdirmək yolverilməzdir
Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb
"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib (FOTO)
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi qeyd olunur
“Könüllü DOST”lardan tənha yaşlılara əsl dost dəstəyi (FOTO)
“Beşinci kolon”dan ağaları da üz döndərir - "Politşou" təqdim edir (Videolayihə)
Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı
Qazax Sement Zavodu MMC rayondakı bütün tənha yaşlıları bir aylıq ərzaqla təmin edib (FOTO)
Atəşkəs 21 dəfə pozuldu
Bakıda “Mercedes” və “KamАZ” toqquşdu
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
Çində sutka ərzində 54 nəfər koronavirusa yoluxub
Türk Hava Yolları bütün beynəlxalq uçuşları dayandırdı
Azərbaycan bu il avtomobil ixracına başlayacaq
İordaniyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
Yaponiyanın şimalında 4,9 bal gücündə zəlzələ olub
ÜST: Dünyada 509 mindən çox insan koronavirusa yoluxub
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib
Fransada koronavirusa yoluxma hallarının sayı 33 minə çatıb
Göyçayda ferma yanıb
Türkiyə beynəlxalq uçuşları tamamilə dayandırdı
Sabirabadda binada yanğın baş verib
Mağazalarda ən çox dezinfeksiya olunmalı sahələr açıqlandı
Türkiyədə koronavirus qurbanlarının sayı 92 nəfərə çatıb
Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı videoçarx hazırlayıb (VİDEO)
Koronavirusla bağlı Gəncədə maarifləndirmə tədbirləri davam etdirilir (VİDEO)
Koronavirusa yoluxan Fransadakı Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva ilə videobağlantı (VİDEO)
Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib (FOTO/VİDEO)
Elşad Hacıyev: Bu məlumatlar həqiqəti əks etdirmir, yalandır
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib - Operativ Qərargah
DİN: Sosial şəbəkələrdə yayılan məlumatlar yalandır
Ağcabədidə ev yanıb
DYP əhaliyə müraciət etdi
Azərbaycanda koronavirusa yoluxanlar TV-lərə danışdılar (VİDEO)
DİN-də “qaynar xətt” xidməti yaradılıb
Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı
Binə qəsəbəsində 5 evdən oğurluq edənlər saxlanılıb (FOTO)
Azercell azərbaycanlıları koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb
Prezidentin çağırışına cavab olaraq Azərbaycan könüllüləri birləşdi
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
Xüsusi karantin rejimini pozan 25 iaşə obyektinin sahibi cərimələnib
Masallıda xüsusi karantin rejimi ilə bağlı tətbiq olunan qaydalara ciddi nəzarət edilir (FOTO)
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat köçürdü
Adil Qəribov “Şöhrət” ordeni ilə təltif edildi
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Prokurorluq orqanlarında vətəndaş müraciətlərinin elektron qaydada və telefon rabitəsi vasitəsilə qəbulu davam etdirilir
Prezident İlham Əliyev ETSN-in fəaliyyəti ilə bağlı Fərman imzalayıb
Mais Səfərli: Tofiq Yaqublunun həbsində hay-küy qaldırmaqla istintaqa təzyiq etmək olmaz
Bakıda karantin rejimini pozan kafe və restoran sahibləri cəzalandırılıb (FOTO)
Bəzi tibbi ləvazimatların idxalı ƏDV-dən azad olundu - FƏRMAN
Azərbaycan mədəniyyət xadimləri koronavirusla bağlı əhaliyə müraciət etdilər (VİDEO)
Balakən sakinindən 7 kiloqramdan çox marixuana götürülüb
"Azərenerji" ASC #evdəqal videoçarxı yayımladı
Bibiheybətdə yenidən təmir olunan küçələrdə dezinfeksiya işləri aparılır (FOTO)
AZAL koronavirus təhlükəsi ilə mübarizəyə dəstək məqsədilə videoçarx hazırlayıb
Hava limanı istiqamətində ekspress xətt avtobuslarının fəaliyyəti məhdudlaşdırıldı
Rayonlara da giriş-çıxış məhdudlaşdırılıb
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
“Azəriqaz” daş karxanalarının sahiblərinə: Təhlükəli qəza şəraiti yaratmayın! (FOTO)
Azərbaycana külli miqdarda siqaretin keçirilməsinin qarşısı alındı (FOTO/VİDEO)
Həftəsonu yağış yağacaq - XƏBƏRDARLIQ
AZAL Azərbaycan vətəndaşları üçün Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsi QAYDALARINI açıqladı
Fazil Mustafa: Tofiq Yaqublunun həbsinə birmənalı şəkildə hüquq prizmasından yanaşmaq lazımdır
Hafiz Hacıyev: Tofiq Yaqublunun həbsini şişirtmək, ona müxtəlif siyasi don geydirmək doğru deyil
Bakı sakini 5 kiloqram marixuana ilə saxlanıldı
Lənkəran sakinləri narkotik vasitələri satarkən saxlanıldı
İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb
“Bir” Tələbə-Könüllü proqramının təşəbbüsü ilə onlayn fleşmoba start verilib
Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib (FOTO)
Milli Məclisin iclası zamanı deputatlar bir-birindən ən azı iki metr aralıda əyləşəcəklər
Fəxrəddin İsmayılov: AŞ PA rəhbərliyi Azərbaycana qarşı zaman-zaman baş qaldıran yanlış yanaşmalara müvafiq korrektələr etməlidir
MTRŞ koronavirusla bağlı yayımçılara müraciət etdi
Psixoloq-konsultant: Qorxmağı dayandırın və özünüzü, yaxınlarınızı sakitləşdirin
Bütün xəbərlər