...

Xələf Xələfov: Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 May 2019 16:41 (UTC +04:00)
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır.
Xələf Xələfov: Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır

Bakı. Samir Əli - Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, N.Paşinyanın işğal altında olan ərazilərimizə səfəri danışıqlar prosesi baxımından destruktiv addımdır:

"Bu, danışıqlar prosesinin konstruktiv çərçivədə aparılmasına göstərilən təzyiq, həm də münaqişənin həllinə yönəlmiş səylərə ziddir. Belə səfərləri qınayırıq. Azərbaycan ərazisini Ermənistanın işğal etməsi heç kimdə şübhə doğurmur. Amma çox təəssüf ki, beynəlxalq münasibətlərdə mövcud olan standartlar imkan vermir ki, hər tərəf öz adı ilə çağırılsın. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə beynəlxalq normaları pozub. Minsk qrupunun həmsədrləri müəyyən cəhdlər edirlər ki, tərəfləri bir-birinə yaxınlaşdırsın və danışıqlar prosesi aparılsın. Belə bir fonda Paşınyanın səfəri ağlabatan deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti