...

DSX: Dövlət sərhədində döyüş mövqelərimizə qarşı düşmən tərəfinin təxribatları davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyul 2019 11:24 (UTC +04:00)
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam edir
DSX: Dövlət sərhədində döyüş mövqelərimizə qarşı düşmən tərəfinin təxribatları davam edir

Bakı. Trend:

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam edir.

DSX-dan Trend-ə verilən məlumata görə, 2019-cu ilin 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqa­mət­dən döyüş mövqe­lərimiz və arxa istiqa­mətdə hərəkətdə olan hərbi nəq­liyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atə­şə tutul­muşdur.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti