...

Qarabağda iki erməni hərbçisi yaralanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2020 14:02 (UTC +04:00)
İşğal altında olan Dağlıq Qarabağda Ermənistan qoşunlarının iki hərbçisi yaralanıb
Qarabağda iki erməni hərbçisi yaralanıb

Bakı. Trend:

İşğal altında olan Dağlıq Qarabağda Ermənistan qoşunlarının iki hərbçisi yaralanıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, insident işğal olunmuş bölgədə yerləşən hərbi hissələrin birində baş verib.

Hadisə nəticəsində 19 yaşlı Henri-Ayk Zakaryan ağır yaralanıb, adı açıqlanmayan digər hərbçinin vəziyyəti orta ağır olaraq dəyərləndirilir.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti