...

ABŞ Azərbaycan-Ermənistan sərhədində əməliyyatları dayandırmağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2020 10:14 (UTC +04:00)
ABŞ Azərbaycan-Ermənistan sərhədində əməliyyatları dayandırmağa çağırır

Bakı. Trend:

ABŞ Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmanı pisləyir və tərəfləri güc tətbiq edilməsini dərhal dayandırmağa çağırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortequsun bəyanatında deyilir.

Bəyanatda bildirilir: "ABŞ Azərbaycan-Ermənistan dövlət sərhədindəki zorakılığı qətiyyətlə pisləyir. Tərəfləri güc tətbiq etməyi dərhal dayandırmağa, aralarındakı mövcud birbaşa əlaqə kanallarından istifadə etməyə və atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə çağırırıq. ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə sadiqdir. Bu məqsədə çatmaq üçün səylərdə fəal iştirak etməyə davam edəcəyik. ABŞ Minsk qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə danışıqları bərpa etmək çağırışlarına qoşulur və həmçinin vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyini qeyd edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti