...

Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz uçan aparatı və artilleriya qurğusu döyüş heyəti məhv edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 İyul 2020 16:02 (UTC +04:00)
Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz uçan aparatı və artilleriya qurğusu döyüş heyəti məhv edilib

Bakı. Trend:

Düşmənə məxsus olan pilotsuz uçan aparat - PUA vurulub və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Trend-ə məlumat verib.

Onun sözlərinə görə, bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib:

"Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.

Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti