...

Tural Gəncəliyev: Xankəndində törədilən qırğına görə erməni terrorçularından haqq-hesab istəyəcəyik (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Sentyabr 2020 14:19 (UTC +04:00)
Tural Gəncəliyev: Xankəndində törədilən qırğına görə erməni terrorçularından haqq-hesab istəyəcəyik (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

18 sentyabr 1988-ci ildə ermənilər tərəfindən Xankəndində törədilən qırğınları unutmamışıq. Biz Xankəndi sakinləri olaraq düşmənlərə mesaj veririk ki, şanlı ordumuzun köməyi ilə Xankəndini lazımsız terrorçu ünsürlərdən təmizləyəcəyik.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev icmada 1988-ci il 18 sentyabr tarixində Xankəndi şəhərində azərbaycanlılara qarşı ermənilərin kütləvi terror hərəkətlərinə həsr olunmuş mətbuat konfransında deyib.

T.Gəncəliyev bildirib ki, Ermənistanın təcavüz siyasətinin sona çatdırılmasına az qalıb: “Biz həmin terrorçulardan haqq-hesab istəyəcəyik. Bu işğal müvəqqətidir, ermənilər işğal edilmiş torpaqlarda müvəqqətidir. Bizim istəyimiz qarşısında Ermənistanın və onun havadarlarının orduları güc gətirə bilməyəcək. Haqq bizim tərəfimizdədir. Biz öz torpaqlarımıza tezliklə geri qayıdacağımız barədə düşmənə açıq mesaj veririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti