...

"Azİz": Biz Ermənistandan işğalçı siyasəti dayandırmağı, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi tələb edirik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Sentyabr 2020 19:17 (UTC +04:00)
"Azİz": Biz Ermənistandan işğalçı siyasəti dayandırmağı, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi tələb edirik

Bakı. Trend:

Biz Ermənistandan işğalçı siyasəti dayandırmağı, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi tələb edirik.

Trend-in məlumatına görə, bu barədə "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, sentyabrın 27-də erməni qoşunlarının təxribatı irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxardı:

"Bunun nəticəsində Azərbaycan ordusu otuz ilə yaxın erməni işğalında olan bir neçə kəndi azad edə bildi. Hər iki tərəfdən canlı qüvvədə və texnikada itkilər var.

Ötən əsrin 90-cı illərində Azərbaycan ərazilərinin 20 faizini işğal edəndən sonra, Ermənistan nəinki həmin torpaqları qaytarmaq niyyətində idi, hətta Azərbaycanla sülh danışıqlarına ziyan vurmaqla status-kvonu saxlamağa çalışırdı. Bundan əlavə, Ermənistan iyirmi ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması barədə dörd qətnaməsinə məhəl qoymur.

Bütün bu hüquqsuz hərəkətlər fonunda Ermənistan münaqişə barədə təxribatçı ritorikadan istifadə edərək dünya ictimaiyyətini aldatmağa çalışır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini regionda sülhün bərqərar olunması məqsədilə sülh yolu ilə həll etməyə çağırıb. Amma Ermənistan rəhbərliyi və erməni diasporu bu məsələnin sülh yolu ilə həllinə mane olur və iki ölkə arasında sülhə və erməni xalqının rifahına zidd olaraq Ermənistanın işğal siyasətini dəstəkləməyə çağırır.

"Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası Ermənistan hakimiyyətini hərbi əməliyyatları dayandırmağa çağırır və itkilərdən qaçmaq üçün tez bir zamanda münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli üçün çalışmağa çağırır.

Biz Qafqazda sülhün bərqərar olması üçün Ermənistandan işğalçı siyasəti dayandırmağı, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi tələb edirik!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti