...

"Azİz" assosiasiyasının sədri: Ermənistanda antisemitizm görünməmiş həddə çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2020 14:07 (UTC +04:00)
"Azİz" assosiasiyasının sədri: Ermənistanda antisemitizm görünməmiş həddə çatıb

Bakı. Ceyla Əliyeva - Trend:

Ermənistanda antisemitizm görünməmiş həddə çatıb.

Bunu Trend-ə Azərbaycan-İsrail Dostluq Assosiasiyasının (Azİz) Azərbaycan bölməsinin sədri Vahid Bayramov deyib.

O bildirib ki, Ermənistan monoetnik dövlətdir və ölkə əhalisinin 99 faizini ermənilər təşkil edir. Ermənistandakı yəhudi icmasının heç 100 nəfərə çatıb-çatmaması da məlum deyil.

O əlavə edib ki, oktyabrın 1-də Ermənistan İsraildəki səfirini geri çağırıb, bu isə iki ölkə arasında münasibətlərin gərgin olduğunu göstərir. Amma Azərbaycanın İsraillə kifayət qədər isti münasibətləri var və bunu bütün israilli siyasətçilər təsdiq edir:

“Azərbaycanda yəhudilərə yaxşı münasibət sərgiləndiyi hamıya məlumdur. Azərbaycanın yəhudi icması və İsrail Dövləti Dağlıq Qarabağ münaqişəsinin xırdalıqları ilə yaxşı tanışdır və Azərbaycana öz dəstəyini ifadə edir”.

V.Bayramov qeyd edib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:

“Azərbaycanın yəhudi icması Azərbaycan torpaqlarının erməni işğalından tezliklə azad olunmasına ümid edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti