...

Xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2020 15:07 (UTC +04:00)

Bakı. Trend:

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün növbəti brifinq verilmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, brifinq iştirakçılarının diqqətinə işğal olunmuş ərazilərdə həyata keçirilən əməliyyatların gedişatı və azad olunmuş ərazilər, düşmən qüvvələrinə vurulmuş ziyan barədə məlumat verilib.

Bundan əlavə qonaqlara təmas xəttindən xeyli uzaqda yerləşən Azərbaycanın şəhər və rayonlarına düşmənin raket və artilleriya zərbələri endirməsi barədə də ətraflı məlumat çatdırılıb.

Düşmənin açdığı atəş zərbələri nəticəsində dinc əhali və mülki infrastruktura dəyən ziyan, eləcə də düşmən ordusunun öz hərbi qulluqçularına qarşı göstərdiyi qeyri-insani münasibət və hərəkətlər barədə faktlar da diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti