...

Hikmət Hacıyev: Ermənistanın raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Oktyabr 2020 10:23 (UTC +04:00)
Hikmət Hacıyev: Ermənistanın raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi

Bakı. Nərgiz Sadıxova - Trend:

Ermənistan tərəfindən raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinədək Ermənistan Azərbaycanın enerji infrastrukturuna, xüsusilə də Mingəçevir su anbarına raket zərbələri ilə təhdid edirdi:

“Son dövrlərdəki raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti