...

Bakıda pravoslav kafedral kilsəsində ordumuz üçün dua edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2020 13:43 (UTC +04:00)
Bakıda pravoslav kafedral kilsəsində ordumuz üçün dua edilib

Bakı. Trend:

Bakıda pravoslav kafedral kilsəsində Azərbaycan Dağlıq Qarabağ torpaqları üçün ibadət keçirilib.

Trend-in məlumatına görə, Bakıdakı "Müqəddəs Jen Mironosits" pravoslav kafedral kilsəsində Azərbaycan və onun ayrılmaz parçası olan Dağlıq Qarabağ torpaqlarında tezliklə möhkəm sülhün bərqərar olması üçün pravoslav ibadəti keçirilib.

“Biz vətənimiz Azərbaycan üçün, xalqımız üçün, gecə-gündüz sülhü və təhlükəsizliyimizi qoruyan igid ordumuz üçün dua edirik. Rəbbimiz əsgərlərimizin qəlbini cəsarət və qələbəyə inamla gücləndirsin. Torpağımıza ən qısa zamanda sülhün gəlməsi üçün dua edirik. Qarabağ Azərbaycandır!”

İbadət sosial məsafənin gözlənilməsi qaydalarına uyğun olaraq həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti