...

Təəssüf ki, atəşkəsə riayət olunmadı - Braziliya səfiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Oktyabr 2020 14:01 (UTC +04:00)
Təəssüf ki, atəşkəsə riayət olunmadı - Braziliya səfiri

Bakı. Trend6

Həlak olanların ailələrinə başsağlığımızı çatdırırıq. Biz bu yaxınlarda da bildirdiyimiz kimi, müharibə ən tez zamanda sülh və danışıqlar prosesi ilə əvəz edilməlidir. Təəssüflə bildirmək istəyirik ki, bu, getdikcə daha da çətinləşir.

Trend-in məlumatına görə, bunu Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz bildirib.

“Braziliya hökuməti olaraq biz sülh danışıqlarını yeganə çıxış yolu kimi görürük. Təəssüf ki, atəşkəsə riayət olunmadı. Lakin biz nikbinik və düşünürük ki, atəşkəs razılaşması qüvvədə qalacaq. Biz Moskva danışıqlarını sülhə doğru atılan ilk addım kimi müsbət qiymətləndiririk”, - deyə səfir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti