Bakı. Trend:
Rusiya Dağlıq Qarabağ münaqişənin həllində daha fəal iştirak etməyi planlaşdırır, lakin müdaxilə etmək niyyətində deyil.
Trend-in "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova bildirib.
M.Zaxarova vurğulayıb ki, Rusiyaya görə Dağlıq Qarabağda münaqişənin hərbi yolla həlli yoxdur - burada mövqeyimiz Türkiyənin mövqeyindən fərqlənir.
Spiker qeyd edib ki, Moskva münaqişənin həlli üçün əlindəki bütün imkanlardan istifadə etmək niyyətindədir.