...

Ankara işğal olunmuş torpaqların qaytarılması prosesində Bakını dəstəkləyəcək - Hulusi Akar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2020 14:18 (UTC +04:00)
Ankara işğal olunmuş torpaqların qaytarılması prosesində Bakını dəstəkləyəcək - Hulusi Akar

Bakı. Trend:

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycan xalqını tarixi torpaqlarının işğaldan azad edilməsi münasibəti ilə təbrik edib.

Trend-in məlumatına görə, nazir bildirib ki, Azərbaycan xalqı ədalətli mübarizədə qalib gəlib:

"Qardaş Azərbaycan xalqını ədalətli mübarizədə rəşadətli Qələbə münasibətilə təbrik edirəm!"

H.Akar əlavə edib ki, Türkiyə bütün işğal olunmuş torpaqların qaytarılması prosesində Azərbaycanı dəstəkləməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti