...

BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Noyabr 2020 00:29 (UTC +04:00)
BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək

Bakı. Trend:

BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti Dağlıq Qarabağda xüsusi missiyasının yerləşdirilməsi üçün dekabr ayının əvvəlində burada lazımi yardımın qiymətləndirilməsinə başlamağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "TASS"a BMT-nin Sülhməramlı Əməliyyatları Departamentinin rəsmi nümayəndəsi bildirib.

Rəsmi nümayəndə deyib: "BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti tərəflərin istəyi və BMT-nin digər bölmələri, yerdəki ölkə nümayəndələri ilə koordinasiyada təcili olaraq Dağlıq Qarabağda missiyanın yerləşdirilməsi üzərində işləyir. Ehtimal ki, lazımi yardımın qiymətləndirilməsi dekabrın əvvəlində başlayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti