...

Türkiyə XİN Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Noyabr 2020 12:02 (UTC +04:00)
Türkiyə XİN Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Ötən gün Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüququn ən təməl prinsiplərinin, qanuniliyin və ədalətin daxili siyasət naminə pozulmasının nümunəsidir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması barədə tövsiyə xarakterli qətnamə layihəsinin qəbulu ilə bağlı bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, bu qətnamə həm də ATƏT-in Minsk Qrupunun münaqişəni niyə bu günə qədər həll edə bilmədiyinin bariz göstəricisidir:

"Qərarda Türkiyəyə ünvanlanan əsassız iddiaları rədd edirik. Fransa Senatının Azərbaycanı işğaldan azad etdiyi öz torpaqlarından çəkilməyə çağırması ciddi qəbul edilməyən gülünc, qərəzli və qeyri-real anlaşmanın təzahürüdür. Ağıllı düşüncədən məhrum olan və heç bir məntiqlə izah olunmayan bu qərar Fransanın məsələnin həllinə həqiqi mənada töhfə verməsini də məhdudlaşdırır. Ümid edirik ki, Fransa düzgün nəticələr çıxarmaqla bölgənin sabitliyi üçün konstruktiv münasibət göstərəcək. Bunun üçün mövcud həqiqətlərə əsaslanan beynəlxalq hüquqa uyğun qalıcı bir həll yolu tapmaq üçün səy göstərmək kifayətdir. Türkiyə bu münaqişənin həllini təmin edərək regional sülh və sabitliyə töhfə vermək üçün digər tərəfdaşları kimi Fransa ilə birlikdə çalışmağa hazırdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti