Bakı. Trend:
Azərbaycanın tarixi ərazilərinin azad edilməsinə səbəb olan qələbəsinin ən vacib amili Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, müdrik, uzaqgörən Lider şəxsiyyətidir.
Bunu Trend-ə israilli vəkil, beynəlxalq hüquq və beynəlxalq siyasət mütəxəssisi Mixail Finkel deyib.
Mütəxəssis İlham Əliyevin rəhbərliyi altında ən yaxşı silahlarla təchiz olunmuş kadr ordusunun yaradıldığını, qərb standartlarına uyğun təhsil almış zabitlərin olmasını qeyd edir: "Dövlətin qayğısına qaldığı, savadlı zabitlər, mükəmməl silahlanmış və lazım olan hər şeylə təmin edilən əsgərlərli qərb modelinin elit bir ordusu yarandı. Dünyada bir nömrəli silahlara sahib olan ordu, belə bir fantastik Qələbəyə imza atdı."
Mixail Finkel əlavə edib ki, Azərbaycan ordusunun döyüş ruhu ölkənin Lideri və xalqının birliyini bildirir: "Doğru vətənpərvərlik tərbiyəsi verildi. İstər mənəvi, istərsə də maddi cəhətdən hər şey Qələbəyə yönəldildi."
Qələbənin Azərbaycanın iqtisadi artımına necə təsir göstərəcəyindən danışan ekspert iqtisadi potensialın nəhəng olduğunu qeyd edib:
"İndi Qarabağı minalardan təmizləmək məsələsi var. Əminəm ki, Azərbaycan bunun öhdəsindən uğurla gələcək və bundan sonra çox sayda layihənin həyata keçirilə biləcəyi və çox sayda iş yerinin açılacağı böyük bir ərazi açılacaq".
Mütəxəssis Qarabağ torpağının özünəməxsusluğunun və məhsuldarlığının bütün dünyada tanıdığını, bu baxımdan burada kənd təsərrüfatı layihələrinin həyata keçiriləcəyini qeyd edib: "Meyvə və tərəvəz istehsal edəcək çoxsaylı kənd təsərrüfatı müəssisələrinin inşa və heyvandarlığın inkişaf ediləcəyini təxmin edirəm. Həm də yüksək texnologiyalarla əlaqəli layihələrin həyata keçirilməsini istisna etmirəm. Bütün bunlar insanların yeni iş tapması və ölkənin yeni səviyyələrə doğru irəliləməsi üçün bir fürsətdir ".
Mütəxəssisin fikrincə, iş planlamasında dövlət Azərbaycanı gücləndirərək həm Qərbə, həm də Şərqə güvənib ölkənin resurslarını şaxələndirərək əməkdaşlıq edəcək, fərqli tərəfdaşlarla işləyəcək.