...

YUNİFEM AZƏRBAYCAN QADINLARININ PROBLEMLƏRİ ÜZRƏ MİLLİ FƏALİYYƏT PLANININ MONİTORİNQİNİ KEÇİRƏCƏK

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2005 19:04 (UTC +04:00)
YUNİFEM AZƏRBAYCAN QADINLARININ PROBLEMLƏRİ ÜZRƏ MİLLİ FƏALİYYƏT PLANININ MONİTORİNQİNİ KEÇİRƏCƏK

YUNİFEM əsasında Azərbaycan qadınlarının problemləri üzrə 2000-2005-ci illər Milli fəaliyyət planı monitorinqinin keçiriləcəyi kriteriyaların işlənib-hazırlanması üzrə işlər aparır. Trend agentliyi xəbər verir ki, iyunun 27-də "Pekin. On ildən sonra: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda keçirilən dəyirmi masa çərçivəsində YUNİFEM -in "Qadınlar Cənubi Qafqazda sülhün qorunub saxlanması və münaqişələrin qarşısının alınması naminə" layihəsinin baş texniki məsləhətçisi Kristin Arab bu bəyanatla çıxış edib.

"Azərbaycan öhdəsinə qadın hüquqlarının müdafiəsi məsələsində yerinə yetirilməsi dünya ictimaiyyətinə inteqrasiyanı sürətləndirməyə imkan verən çox ciddi vəzifələr götürüb"-deyə YUNİFEM nümayəndəsi qeyd edib.

K. Arabın fikrincə, qarşıdakı monitorinq cender problemlərinin müəyyən edilməsinə imkan verəcək uki, bunlara 2006-2010-cu illərdə Milli fəaliyyət planının işlənib-hazırlanmasında xüsusi diqqət yetiriləcək.

Eyni zamanda AR iqtisadi inkişaf nazirliyinin fəaliyyətinə yüksək qiymət verilib. " Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində vəziyyətə dair BMT hesabatlarının hazırlanmasında ölkədə qadınların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasını prioritet məsələlərdən biri elan edən respublikanın iqtisadi inkişaf nazirliyinin fəaliyyəti haqqında müsbət xarakteristika verilib"-deyə K.Arab qeyd edib.

Xəbər lenti

Xəbər lenti