...

RAUF DENKTAŞ: DAĞLIQ QARABAĞ VƏ KİPR PROBLEMLƏRİ ARASINDA YEGANƏ PARALEL ƏRAZİLƏRİN İŞĞAL OLUNMASIDIR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyul 2005 12:04 (UTC +04:00)

Dağlıq Qarabağ və Kipr problemləri arasında yeganə paralel ərazilərin işğal olunmasıdır. Trend in Kiprin "Arca" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin keçmiş prezidenti Rauf Denktaş azərbaycanlı sahibkarlardan ibarət nümayəndə heyəti ilə görüşündə bildirib.

Yunanıstanın rəsmi Bakının ünvanına açıq təhdidlərlə çıxış etdiyini xatırladan Rauf Denktaş qeyd edib ki, "Dağlıq Qarabağ və Kipr münaqişələri arasında həqiqətən də oxşarlıq mövcuddur".

"Azərbaycan ŞKTC-ni tanıdığa halda Yunanıstan onu Dağlıq Qarabağla münasibətdə analoji tədbirlər görəcəyi ilə hədələyir. 1974-cü ilə qədər yunanlar bütün Kipri işğal etməyə çalışmışdılar. Lakin türk ordusunun sayəsində onların bu cəhdləri aradan qaldırılmışdı", - deyə R.Denktaş bildirib.

Türk icmasının keçmiş prezidenti həmçinin onu da qeyd edib ki, Şimali Kiprin təcriddən çıxması yolunda Azərbaycan hökumətinin atdığı addımlar digər dövlətlərə nümunə olmalıdır.

Qeyd edək ki, ŞKTC-nin prezidenti Məhmət Əli Tələt Azərbaycanın Şimali Kiprə münasibətdə yürütdüyü siyasəti dəstəkləyib. "ŞKTC-nin hava yollarının bağlanılması bu ölkəyə qarşı yürüdülmüş ədalətsiz siyasətin ən vacib elementlərindən biridir. Azərbaycanlı iş adamlarının Şimali Kiprə səfərləri istənilən maneənin aradan qaldırılmasının mümkünlüyünü bir daha sübut edir", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti