...

K.ZATULİN: AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDETNLƏRİNİN KAZANDA KEÇİRİLƏCƏK GÖRÜŞLƏRİNDƏ İRƏLİLƏYİŞƏ ÜMİD ETMƏYƏ DƏYMƏZ

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Avqust 2005 12:09 (UTC +04:00)

(ARKA) - Ermənistan və Azərbaycan prezidentlərinin Kazanda keçiriləcək görüşlərində hər hansı bir irəliləyişə ümid etməyə dəyməz. Bu barədə jurnalistlərə RF Dövlət Dumasının deputatı, MDB ölkələri institutunun direktoru Konstantin Zatulin bildirib.

O hesab edir ki, iki dövlət arasında uzun illər boyu nizamlanmamış bütün problemlərin, xüsusilə Qarabağ münaqişəsinin həlli qeyri-mümkündür. Ümumiyyətlə, görüşlərin keçirilməsinin zəruriliyi, o cümlədən Ermənistan və Azərbaycan dövlət başçıları arasında müxtəlif səviyyəli görüşlər zamanı problemlərin yaranması nəzərə alınmaqla, hər iki ölkə prezidenti arasında görüşün keçirilmə faktı özü müsbət haldır.

Ermənistan və Azərbaycan prezidentləri Robert Köçəryan və İlham Əliyev arasında görüş avqustun 27-də Kazanda MDB ölkələri başçılarının sammiti çərçivəsində baş tutacaq.

Xəbər lenti

Xəbər lenti