...

T.DEVİS: AZƏRBAYCAN İLƏ ERMƏNİSTAN ARASINDA KOMMUNİKASİYANIN BƏRPASI YALNIZ MÜNAQİŞƏNİN NİZAMA SALINMASINDAN SONRA MÜMKÜNDÜR

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2005 21:00 (UTC +04:00)
T.DEVİS: AZƏRBAYCAN İLƏ ERMƏNİSTAN ARASINDA KOMMUNİKASİYANIN BƏRPASI YALNIZ MÜNAQİŞƏNİN NİZAMA SALINMASINDAN SONRA MÜMKÜNDÜR

Azərbaycan ilə Ermənistan arasında kommunikasiyanın bərpası yalnız Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasından sonra mümkündür. Trend in Strasburqda olan xüsusi müxbiri bildirir ki, oktyabrın 5-də keçirilən mətbuat konfransında Avropa Şurasının (AŞ) baş katibi Terri Devis bu bəyanatla çıxış edib.

O, bildirib ki, hələ 2 həftə bundan öncə Azərbaycana gedib və orada əsas məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yollarının müzakirəsi olub. "Ermənistan ilə Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası çox mühüm məsələdir, amma problem nizama salınmayanadək buna nail olmaq mümkün deyil"-deyə T.Devis bildirib.

AŞ baş katibi ATƏT-in Minsk qrupunun fəaliyyətinə xüsusi əhəmiyyət verib və qeyd edib ki, Ermənistan və Azərbaycan prezidentləri və xarici işlər nazirləri ilə şəxsən tanışdır. "Mən ümid edirəm ki, çox yaxın gələcəkdə həmin məsələ öz həllini tapacaq" -deyə T.Devis fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti