...

Dağlıq Qarabağ problemi "Dortmund" prosesində müzakirə olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2005 17:54 (UTC +04:00)

"Dağlıq Qarabağ problemi dekabrın 10-dan 14-dək Moskvada "Dortmund" prosesində (toplantısında) müzakirə olunub". Bu barədə Trend ə sözügedən prosesdə iştirak edən Azərbaycan Naminə İctimai Forumun prezidenti, politoloq Eldar Namazov bildirib.

E.Namazov qeyd edib ki, "Dortmund" prosesi ildə iki dəfə münaqişə olan bölgələrdə vəziyyətlə bağlı təşkil olunur. Bu proses çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı ABŞ və Rusiya tərəfindən işçi qrupu yaradılıb: "ABŞ-dan dövlət katibinin keçmiş müavini Harld Fondeft, Rusiyadan isə məşhur politoloq Vyaçeslav Naumkin işçi qrupunun həmsədrləridir".

E.Namazov bildirib ki, üç gün ərzində dörd iclas keçirilib. Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər müzakirə olunub. Ermənistandan müdafiə nazirinin keçmiş müavinin və prezidentin keçmiş müşavirinin proseslərdə iştirak etdiyini deyən E.Namazov Azərbaycandan isə bu məsələ ilə məşğul olan politoloqların qatıldığını bildirib.

Politoloq qeyd edib ki, "Dortmund" prosesi Minsk Qrupu ilə paralel fəaliyyət göstərir: "Dostmunt"un toplantılarında problemin həlli ilə bağlı çıxışlar, fikirlər səsləndirilir. Sonra bunlar hesabat şəklində İşçi Qrupunun həmsədri olan dövlətlərin strukturlarına göndərilir. E.Namazov həmsədrlərin regiona səfər edəcəklərini də istisna etməyib.

Qeyd edək ki, "Dortmund" SSRİ ilə Almaniya arasında yaranmış məlum münaqişə nəticəsində Almaniya şəhərinin adı ilə bağlı yaradılan prosesdir.

Xəbər lenti

Xəbər lenti