Qarabağ Azadlıq Təşkilatı (QAT) Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində aksiyalar keçirəcək. Bu barədə Trend ə QAT-dan məlumat verilib.
Paytaxtda keçiriləcək aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib. Məktubda bildirilib ki, fevralın 26-da saat 12.00-da Xətai metrosunun yaxınlığında - Xocalı soyqırımına ucaldılmış abidənin önündə mitinq keçirilməsi planlaşdırılır. QAT-ın yerli təşkilatları bölgələrdə də müxtəlif formalı tədbirlər, aksiyalar keçirəcək.