...

Bu gün Türkiyədə, Hollandiyada Xocalı soyqırımı ilə bağlı mitinqlər keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2006 13:58 (UTC +04:00)

"Azərbaycan Yolu" Siyasi Hərəkatının "Qarabağ" Ümumdünya Etiraz Aksiyaları çərçivəsində Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar növbəti tədbiri fevralın 25-də Türkiyə vaxtı ilə saat 15.00-da (Bakı vaxtı ilə saat 17.00-da) İzmir şəhərində keçiriləcək. Bu barədə Trend ə Siyasi Hərəkatdan məlumat verilib. İzmirin "Konyak" meydanında keçiriləcək mitinqdə Hərəkatın Türkiyə təmsilçiləri, yerli ictimaiyyət nümayəndələri, Azərbaycan diaspor təşkilatları, azərbaycanlı tələbələr iştirak edəcəklər. Aksiyada beynəlxalq təşkilatlardan Qarabağın təcavüzkar Ermənistan tərəfindən işğal olunması faktının və Xocalı hadisələrinin soyqırım kimi tanınması tələb ediləcək.

"Azərbaycan Yolu" Siyasi Hərəkatının təmsilçiləri Almaniyada Uyun şəhərində fəaliyyət göstərən "Heyverenq" (antifaşits) cəmiyyətinə Xocalı soyqırımın əks etdirən fotoşəkillər təqdim ediblər. Həmin təşkilatdan bildiriblər ki, bir neçə il əvvəl ermənilər həmin şəkilləri onlara təqdim edərək guya özlərinin Qarabağda "soyqırıma" məruz qaldıqlarını iddia ediblər. Bununla ermənilərin daha bir saxtakarlığı və uydurma iddiaları ortaya çıxıb.

Qeyd edək ki, fevralın 25-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə Hollandiyanın Haaqa şəhərində yerli vaxtla saat 13.00-da (Bakı vaxtilə 16.00-da) Avropa İnsan Haqları Məhkəməsinin qarşısında mitinq keçiriləcək. Türk və Azərbaycan dispor nümayəndələrinin, Azərbaycan ora getmiş nümayəndə heyətinin iştirak edəcəyi aksiyanın keçirilməsi üçün Haaqa şəhərinin rəsmi orqanlarından icazə alınıb.

Fevralın 24-də isə Brüsseldə NATO-nun mərkəzi qərargahı qarşısında mitinq və anım mərasimi keçirilib.

Xəbər lenti

Xəbər lenti