...

Azərbaycanın Belçikadakı səfirliyində bildirilib ki, Lüksemburq parlamentində Frank Enqel adlı deputat yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2006 19:35 (UTC +04:00)

Lüksemburq parlamentində Frank Enqel adlı deputat yoxdur. Bu barədə Trend ə Azərbaycanın Belçikadakı səfirliyində bildirilib.

Səfirlikdən bildirilib ki, Ermənistan KİV-in Lüksemburq parlamentinin Xristian-Sosialist partiyası fraksiyasının baş katibi Frank Enqelin başçılıq etdiyi nümayəndə heyətinin qondarma Dağlıq Qarabağ respublikasına səfəri barədə yaydığı məlumatla bağlı araşdırma aparılıb. Nəticədə aydınlaşdırılıb ki, Xristian-Sosialist partiyası fraksiyasının rəhbəri tamamilə başqa bir şəxsdir. Bundan başqa, Frank Enqel adı Lüksemburq parlamentinin ötən tərkibdəki deputatlarının siyahısında da yoxdur. Səfirlikdə qeyd olunub ki, beləliklə, Ermənistan KİV-in məlumatı həqiqətə uyğun deyil.

Səfirlikdə həm də bildirilib ki, ola bilsin Lüksemburqdan Dağlıq Qarabağa kimsə gedib, amma bu, həmin ölkə parlamentinin rəsmi nümayəndə heyəti deyil.

Xəbər lenti

Xəbər lenti