...

Stiven Mənn: Dağlıq Qarabağ probleminin həlli yalnız ikitərəfli razılaşma yolu ilə mümkündür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2006 18:17 (UTC +04:00)

Nə indi, nə də 20 ildən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi yol həlledici olmayacaq. Trend bildirir ki, martın 14-də Bakıda keçirilmiş mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənn bu barədə bəyan edib.

O qeyd edib ki, ABŞ-ın Azərbaycan və Ermənistan prezidentlərinin Rambuyedə aparılan danışıqlarında gözlənilən nəticənin əldə olunmaması ilə bağlı narazılığına baxmayaraq danışıqlar prosesi davam etdirilir. ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin sözlərinə görə, ABŞ hər iki dövlətlə yaxşı münasibətləri dəstəkləyir və münaqişənin hərb yolu ilə həllini qəbul etmir. "Bu münaqişəni ikitərəfli razılıq əsasında həll etmək lazımdır"-deyə o qeyd edib və bildirib ki, hazırda münaqişənin hər iki tərəfini narahat edən məqamlar var, bunlar yekun razılaşmada öz əksini tapmalıdır. S.Mənn deyib ki, Azərbaycan münaqişənin hərb yolu ilə həllini seçərkən bir neçə suala cavab verməlidir: xüsusilə, energetika layihəsinə maliyyə daxilolmalarının, yaxud hazırda mövcud olan sərhədlərin gələcək taleyi necə olacaq?

Jurnalistlərin - "Niyə rəsmi Vaşinqton Ermənistana qarşı təcavüzkar dövlət kimi sanksiyalar tətbiq etmir?" - sualını cavablandıran S.Mənn deyib ki, "Dağlıq Qarabağ probleminin həlli yalnız ikitərəfli razılaşma yolu ilə mümkündür və ABŞ-ın mövqeyi də belədir".

Xəbər lenti

Xəbər lenti