...

Novruz Məmmədov: Azərbaycan və Ermənistan prezidentlərinin görüş tarixləri hələ razılaşdırılmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Aprel 2006 14:44 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirlərinin görüş tarixləri hələ razılaşdırılmayıb. Bu haqda Trend agentiliyinə Prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov xəbər verib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesilə bağlı təklifləri tam üst-üstə düşmür, ona görə qarşıdakı məsləhətləşmələrin tarixləri hələ razılaşdırılmayıb. Minsk Qrupunun fransız və amerikalı həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə konkret təkliflərlə çıxış etdiyi haqqında xəbərə toxunan N.Məmmədov deyib ki, hər iki həmsədrin təklifini uzlaşdırmaq üçün bir az gözləmək lazımdır. O, əlavə edib ki, Azərbaycan bu təkliflərə münasibətini Ermənistan tərəfinin cavabından sonra bildirəcək.

Məmmədovun sözlərinə görə, 2006-cı ildən danışıqlar prosesinin intensivləşdirilməsi, təbii ki, rəsmi Bakıya müəyyən dərəcədə ümid verir. "Biz hesab edirik ki, Ermənistan sağlam düşüncə və konstuktivlik çərçivəsində addımlar atarsa, bir il ərzində müəyyən irəliləyişlər əldə oluna bilər. Bu, bütün tərəflər üçün arzuolunandır" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti