ATƏT Minsk Qrupunun amerikalı həmsədri Stiven Mənn aprelin 19-da Rusiyanın Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparır. Bu haqda Trend agentliyinə Rusiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ üzrə qrupundan bildirilib.
Məsləhətləşmələr Rusiyanın xarici işlər nazirinin müavini Q.Karasin və ATƏT Minsk Qrupunun Rusiyadan olan həmsədri Yuriy Merzlyakovun iştirakı ilə keçirilib. Tərəflər ATƏT Minsk Qrupu həmsədrliyi (Rusiya, ABŞ və Fransa) formatında hərəkətlərin koordinasiyası məsələlərini və nizamilama prosesinin irəliləməsi üzrə gələcək addımları müzakirə dir.
Analoji məsləhətləşmələr Moskvada aprelin 14-də fransız vasitəçi Bernar Fasyenin regiona səfərinin yekunları üzrə aparılıb.
S.Mənn Moskvadan İrəvana, həftənin sonunda isə Bakıya səfər edəcək.