...

İrəvanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Strasburq görüşünü müsbət qiymətləndirirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2006 10:47 (UTC +04:00)

Rəsmi İrəvan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mayın 18-də Strasburqda keçirilmiş görüşünü müsbət qiymətləndirir. Mediamaksın xəbər verdiyi kimi, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin məlumatında deyilir. "Öz həllini tapmamış və razılaşdırılmamış məsələlərin qalmasına baxmayaraq, Ermənistan tərəfi görüşü müsbət qiymətləndirir", - deyə Ermənistan XİN-dən bildirilib. O da qeyd olunub ki, Strasburq görüşünün əsas məqsədi ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransanın yüksək vəzifəli diplomatlarının regiona səfərinə hazırlıqdan ibarətdir.

Əvvəlcə ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Vardan Oskanyan və Elmar Məmmədyarov arasında görüş keçirilib. Daha sonra nazirlər danışıqları ikilikdə davam etdirib.

"Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prinsipləri və yanaşmalar müzakirə olunub", - deyə mətbuat xidmətindən bildirilib.

Mayın 24-25-də Rusiya XİN başçısının müavini Qriqori Karasin, ABŞ dövlət katibinin köməkçisi Daniel Frid və Fransa XİN-in siyasi məsələlər üzrə direktoru Stanislas D'Labulenin ATƏT-in Mirnsk qrupu həmsədrlərinin müşayiəti ilə Ermənistan və Azərbaycana səfəri gözlənilir.

Xəbər lenti

Xəbər lenti