İyunun 28-də ATƏT-in hazırkı sədrinin mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hərbi qoşunlarının təmas xəttində monitorinq keçirilməsi planlaşdırılıb. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığındakı təmas xəttində keçiriləcək.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Harri Eronen keçirəcək.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Günter Folk və Piter Ki keçirəcək.