...

Azərbaycanın işğal olunan ərazilərinin Ermənistan tərəfindən qanunsuz olaraq məskunlaşdırması ilə bağlı tövsiyə xarakterli sənd hazırlanıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2006 19:16 (UTC +04:00)

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Azərbaycanın işğal olunan ərazilərinin Ermənistan tərəfindən qanunsuz olaraq məskunlaşdırması ilə bağlı tövsiyə xarakterli sənd hazırlayıb. Trend xəbər verir ki, AŞPA-nın 30-dan artıq deputatının imzaladığı sənəd baxılmaq və tədbir görülmək üçün qurumun rəhbər strukturlarına təqdim edilib.

Sənəddə göstərilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymayan və Azərbaycan torpaqlarının azad edilməsinə və Azərbaycanın məcburi köçkünlərinin öz yurd-yuvasına qayıtmasına dair AŞPA-nın 1416-cı qətnaməsinə etinasızlıq göstərən Ermənistan bununla iki ölkənin prezidentləri arasında birbaşa danışıqlar prosesini təhlükə qarşısında qoyur. İşğal olunmuş Azərbaycan ərazilərində ermənilərin qanunsuz məskunlaşdırılması siyasəti beynəlxalq hüquq normalarına, eləcə də yuxarıda sadalanmış bütün sənədlərə ziddir.

Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində erməni məskənlərinin sayını artıraraq, bu ərazilərdə öz status-kvosunu möhkəmlətməyə və Azərbaycanın məcburi köçkünlərinin öz yurdlarına qayıtmasına mane olmağa çalışır. Rəsmi rəqəmlərə görə, Azərbaycanın muxtar regionu olmuş Dağlıq Qarabağda ermənilərin sayı 1989-cu ildə, münaqişədən əvvəl 145.450 nəfər təşkil edib. Bu rəqəmi 2010-cu ilədək 300 min nəfərə çatdırmaq məqsədi ilə Yerevan xüsusi dövlət siyasəti aparır. Bəzi erməni mənbələrinin məlumatları da daxil olmaqla, digər məlumatlara görə, son bir neçə ildə Dağlıq Qarabağın və işğal edilmiş digər yeddi rayonun ərazisində 23 min adam, o cümlədən Laçında 13000, Kəlbəcərdə 700, Zəngilanda 520 və Cəbrayılda 280 adam məskunlaşdırılıb. Ermənistan silahlı qüvvələri bu rayonlara soxulmazdan əvvəl burada əhali tamamilə azərbaycanlılardan ibarət idi. Ermənistan və Qarabağ separatçıları azərbaycanlı əhalini öz doğma ev-eşiklərindən çıxmağa məcbur etmiş və həmin rayonlarda etnik təmizləmə aparmışlar.

Azərbaycanın işğal olunmuş Ağdam, Füzuli və digər rayonlarına da Ermənistandan, digər ölkələrdən yüzlərlə etnik erməni ailəsi köçürülüb.

Xəbər lenti

Xəbər lenti