...

Qoşunların təmas xəttində keçirilmiş monitoinq zamanı insident qeydə alınmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2006 17:05 (UTC +04:00)

İyulun 5-də ATƏT-in hazırkı sədrinin mandatına uyğun olaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilmiş monitorinq zamanı insident qeydə alınmayıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların Xocavənd rayonunun Kuropatkino və Aşağı Veysəlli kəndləri yaxınlığındakı qoşunların təmas xəttində keçirilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Jiri Aberle, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Günter Folk və Piter Ki keçirib.

Xəbər lenti

Xəbər lenti