...

Millət vəkilləri "xalq diplomatiyası"nın əleyhinədirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 İyul 2006 18:17 (UTC +04:00)

Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri istisna olunmaqla hər hansı bir "xalq diplomatiyası"ndan danışmaq məqsədəuyğun deyil. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Ermənistan və Azərbaycan millət vəkillərinin görüşə biləcəklərinə münasibət bildirərəkən qeyd edib.

Millət vəkili onu da vurğulayıb ki, problemin həlli dövlət başçılarının danışıqlarından asılıdır: "Bizim görüşümüz xalq diplomatisının bir nümunəsi ola bilər və bu fikir mübadiləsindən başqa bir şey verməyəcək. Görüşümüz başqa vəziyyətlərdə mümkün ola bilərdi. Ermənistan Azərbaycanla münasibətlər qurmaqda maraqlıdır. Ermənistan çalışır ki, işğal məsələsini arxa plana keçirib Azərbaycanla geniş spektrdə əlaqələr qursun".

A.Mirzəzadə onu da bildirib ki, problemin həlli variantı tapılmayana və Ermənistan işğal etdiyi torpaqlarımızı azad etməyənədək prezidentlərin görüşləri istisna olmaqla hər hansı bir xalq diplomatiyasından danışmaq məqsədəuyğun deyil.

Millət vəkili Anar Məmmədxanov isə bildirib ki, tərəflərin millət vəkilləri görüşsələr belə hər hansı bir qərarın qəbul edilməsinə səlahiyyətləri çatmayacaq: "Problem prezidentlər arasında həll oluna bilər. Prezidentlərin gəldiyi qərarı yalnız dəstəkləyib dəstəkləməmək səlahiyyətimiz var". A.Məmmədxanov da həmkarı kimi "xalq diplomatiyası"nın əleyhinə olduğunu vurğulayıb. Bildirib ki, Ermənistan işğalçı ordusunu Azərbaycan ərazilərindən çəkməyəcəyi təqdirdə hər hansı bir "xalq diplomatiyası"ndan söhbət gedə bilməz.

Xəbər lenti

Xəbər lenti