...

İstanbulun Süleymaniyyə Mədəniyyət Mərkəzində Ağdamın işğalının 13-cü ildönümü ilə bağlı toplantı keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2006 12:11 (UTC +04:00)

İstanbulun Süleymaniyyə mədəniyyət mərkəzində ermənilər tərəfindən Ağdamın işğalının 13-cü ildönümü ilə bağlı toplantı keçirilib. Bu barədə Trend ə toplantının təşkilatçısı "Əl Birliyi" Dərnəyinin rəhbəri Həsən Süpbüz bildirib.

H.Süpbüz qeyd edib ki, toplantıda Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasəti ilə bağlı müzakirələr aparılıb: "Güney Azərbaycan, İraq və Kəlküt türkmənlərinin də qatıldığı toplantıda Ermənistanın Cənubi Qafqazda təhlükə mənbəyinə çevrilməsi ilə bağlı dinləmələr keçirilib".

Süpbüz onu da qeyd edib ki, toplantının sonunda ermənilərin işğalçı siyasətini pisləyən sənəd qəbul olunub.

Xəbər lenti

Xəbər lenti