...

Şimali Kipr XİN başçısı Bişkəkdə azərbaycanlı parlamentarilərlə görüş keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Avqust 2006 13:44 (UTC +04:00)

Şimali Kipr Türk Cümhuriyyəti baş nazirinin müavini və XİN başçısı Sərdar Denktaş avqustun 17-də Bişkəkə səfər edəcək. O, "İssık-kul-Kipr" beynəlxalq konfransı çərçivəsində Azərbaycandan olan parlamentarilərlə görüş keçirəcək.

Trend in Türkiyə KİV-nə tstinadən xəbər verdiyi kimi, səfərdə əsas məqsəd Şimali Kiprin türk icmasının maraqlarının Orta Asiya və Cənubi Qafqazda təbliğindən ibarətdir.

Kipr nümayəndə heyətinin tərkibinə ŞKTC-nin Ankaradakı səfiri Mustafa Arabacıoğlu və parlamentarilər qrupu daxildir.

Konfrans avqustun 18-də keçiriləcək və onun işində Azərbaycan, Qırğızıstan, Əfqanıstan və Qazaxıstandan olan deputatlar iştirak edəcək.

Rauf Denktaş Lefkoşaya avqustun 22-də qayıdacaq.

Xəbər lenti

Xəbər lenti