...

ATƏT-in ekspert qrupu Azərbaycanın işğal olunmuş ərazilərində yanğınların baş verdiyi yerə yola düşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2006 16:12 (UTC +04:00)

Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlarla bağlı faktları araşdıracaq ATƏT-in beynəlxalq ekspert qrupu yanğınların baş verdiyi ərazilərə yola düşüb. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat katibi Mətin Mirzə məlumat verib.

O qeyd edib ki, qrup bu ərazilərdə təxminən iki həftə olacaq. Hazırda ekspert qrupunun məqsədi yanğınlar nəticəsində dəymiş zərəri müəyyən etməkdən və ekoloji əməliyyatlar aparmaqdan ibarətdir. Bundan sonra isə hesabat hazırlanacaq.

Xatırladaq ki, 10 beynəlxalq ekspertin daxil olduğu qrupa ATƏT-in iqtisadi və ekoloji fəaliyyət məsələləri üzrə əlaqələndiricisi Bernard Snou (Bernard Snoy) rəhbərlik edir.

Dünən missiya Azərbaycan XİN-də danışıqlar aparıb. Görüşdə Azərbaycan tərəfdən digər nazirliklərin nümayəndələri də iştirak edib və missiyanın mandatı təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti