Yaponiyanın Fuji Optical Co şirkətinin rəhbəri Dr. Kanai azərbaycanlı qaçqınlara oftolmoloji xidmətlərin göstərilməsində yardımına görə mötəbər Nansen Qaçqınlar Mükafatına (Nansen Refugee Award) layiq görülüb. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən məlumat verilib.
Yaponiya şirkətinin rəhbərinə mükafatın təqdim edilmə mərasimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının qərargahında keçirilib. Mərasimdə Dr. Kanainin Azərbaycana son səfəri zamanı ölkəmizdə məcburi köçkünlərə göstərilmiş oftolmolojı yardım haqda Azərbaycan hökumətinin BMT QAK-ın respublikadakı Nümayəndəliyi ilə birgə hazırladığı 5-dəqiqəlik video klip nümayiş etdirilib.
2004-cü ildən bəri Fuji Optical Co firması 8 179 məcburi köçkünü optik eynəklərlə təmin edib.